Diaqnostik imtahan

Dekabrın 14–də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təlim nəticələrinin artırılması, məktəbdə özünüqiymətləndirmənin inkişafı məqsədilə IX siniflərdə diaqnostik imtahan təşkil edildi. .
Şagirdlər 3 fənn üzrə təqdim olunan qapalı tipli sualları müəyyən olunmuş vaxt ərzində cavablandırdılar. İmtahan müddəti 180 dəqiqə olmaqla keçirildi. Qiymətləndirmə başa çatdıqdan sonra cavab kartları yığılıb kurator məktəbə təhvil verildi.