Şagirdlərimizin idman uğurları

Liseyimizin 7c sinif şagirdi Vəliyev Yusif karate üzrə artıq neçə ildir ki,uğurla məşğul olur. O, dəfələrlə muxtəlif yerli və respublika səviyyəli yarışlarda yüksək nəticələr göstərmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 30 aprel 2025-ci ildə "Təhsil" Respublika İdman Mərkəzində təşkil etdiyi karate üzrə 12-13 yaş uşaq yeniyetmə və gənclər arasında Respublika birinciliyində birinci yeri tutmuşdur, diplom və medalla təltif olunmuşdur.
Digər bir uğurlu idmançımız isə 6a sinif şagirdi Arzu Qüdrətzadədir. O, DİN-nin İdman Cəmiyyətinin çerlidinq, bədii gimnastika, akrobatika gimnastikası və "Gimnastika hamı üçün" üzrə daxili turnirində I yerə layiq görülmüşdür.
Bu qələbə şagirdlərimizin zəhmətinin, intizamının və idmana olan həvəsinin nəticəsidir. Hər iki idmançımıza yeni nailiyyətlər arzu edirik.