"Qiraətçi" yarışmasının nəticələri elan edildi

Ümummilli lider Heydər Əliyevin 102-ci doğum günü ərəfəsində liseyimizdə ənənə halını almış "Qiraətçi" yarışmasının nəticələri elan edildi və qaliblərin bir qismi bu gün mükafatlanfırıldı.
   Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliə vərdişlərinin artırılması, səlis, aydın nitqin inkişafıdır.
   Müsabiqədə yüksək nəticə göstərən şagirdlərimiz döş nişanları ilə təltif edildilər.Davamlı olaraq bir neçə il müsabiqə qalibi olanlar " Gümüş Qiraətçi", "Qızıl Qiraətçi" döş  nişanlarına layiq görüldülər.
    Müsabiqənin təşkilatçısı ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Reyhan Hacınskaya digər uşaqlara da yay tətili ərzində kitabxanalara üzv olaraq çoxlu kitab oxumağın, hər gün mütaliə etməyin əhəmiyyətindən danışdı.
   Daha sonra uşaqlar Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi