HAQQIMIZDA

       Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 287 nömrəli Zəkalar liseyi 1992-ci ildən fəaliyyət göstərir. Liseyin əsas məqsədi dövlət, təhsil siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq təhsilalanlarda təkcə bilik və bacarıqların inkişaf etdirilməsinı deyil, eyni zamanda istedadlı şagirdlərin seçilməsi və onların hərtərəfli inkişaf etdirilməsini, XXI əsr bacarıqlarına yiyələnən şəxsiyyətlər yetişdirməkdir.   Zəkalar liseyində hazırda 84 müəllim 1200 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.

         Liseydə qurulan düzgün idarəetmə sistemi və pedaqoji kadrların gərgin əməyi nəticəsində 2 dəfə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşuq. 4 nəfər şagirdimiz qəbul imtahanlarında 700 bal toplamış, çoxsaylı şagirdlərimiz Prezident təqaüdünə layiq görülmüş, IX və XI sinif buraxılış imtahan göstəricilərində mütəmadi olaraq BŞTİ-nin tabeliyində olan məktəblər arasında I və II yerlərdə qərar tutmuşuq.

         Uğurlarımız bununla bitmir. Hər tədris ilində müxtəlif fənlər üzrə şagirdlərimiz Respublika Fənn Olimpiadalarında iştirak edərək final mərhələnin qalibi olurlar. Liseyimiz yerli müsabiqələrlə yanaşı beynəlxalq olimpiada və müsabiqələrdə də şagirdlərimizin iştirakını təmin etmiş və uğur qazanmaları üçün lazımi mühit yaratmışıq. SASMO, SİMOC, KGL CONTEST, FMO, Kenquru və s. bu kimi Beynəlxalq Olimpiada və müsabiqələrdə istər ibtidai, istərsə də digər yuxarı sinif şagirdləri çox saylı qızıl, gümüş, bürünc medallara layiq görülmüşlər. Buna nümunə olaraq 2022-2023-cü tədris ilində liseyin VII sinif şagirdi Ərcan Əsədli Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Türkiyə Matematik Olimpiadasında bürünc medala, Eltun Abdullayev isə Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında həm gümüş, həm də bürünc medala layiq görülmüşlər.

           Liseydə şagirdlərimizin aldığı təhsil və qazandıqları uğurlar onların sonrakı həyatına da öz təsirini göstərmiş, məzunlarımız dünyanın inkişaf

etmiş ölkələri sırasında yer tutan ABŞ, Türkiyə, İtaliya, Fransa, Macarıstanın Universitetlərində  təhsillərini davam etdirmişlər.

        Müasir dövrdə texnoloji bilik və bacarıqlara yiyələnərək özlərini inkişaf etdirmək üçün müəllimlərimiz davamlı olaraq müxtəlif təlimlərdə iştirak edir və yiyələndikləri yenilikləri dərs prosesində tətbiq edirlər.

            Qeyd etdiyimiz kimi liseyimiz fəaliyyət göstərdiyi vaxtdan bir çox uğurlara imza atıb. Bu uğurlardan da biri liseyin Qrant müsabiqələrdə iştirakıdır. “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi”ndə “Pilotsuz uçan aparatlar mərkəzi” və fərdi kateqoriya üzrə “Biz səninləyik” adlı

2 layihə, “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi”ndə “Dinləyərək danışıram, oxuyaraq yazıram” adlı layihələri müsabiqənin qalibi

olmuşdur. 

            Zəkalar liseyi dövlət təhsil siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq təhsilalanlarda təkcə bilik və bacarıqların inkişaf edirilməsinı deyil, eyni zamanda istedadlı şagirdlərin seçilməsi və onların hərtərəfli inkişaf etdirilməsini, XXI əsr bacarıqlarına yiyələnən şəxsiyyətlər yetişdirməyi qarşıya məqsəd qoymuşdur.

            Buna görə də istedadlı şagirdlərin müxtəlif yerli və beynəlxalq olimpiadalarda yüksək səviyyədə iştirakı əsas hədəflərimizdəndir. Fəaliyyətimizə nəzər salsaq, görərik ki, şagirdlərimiz hər il Fənn Müsabiqələrində və olimpiadalarda fəal iştirak edir və yüksək nəticələr əldə edirlər. 2021-2022-ci tədris ilində də Respublika Fənn Olimpiadasında 3 şagirdimiz- Tarix fənni üzrə 1 qızıl medal, İnformatika fənni üzrə 1 bürünc medal, Coğrafiya fənni üzrə VIII sinif şagirdimizin IX sinif səviyyəsində olan olimpiadada 1 bürünc medal qazanmışdır. XI sinfi bitirən 2 şagirdimiz liseyi dövlət nümunəli xüsusi nişanla (qızıl medalla) bitirmişdir. Aşağı yaş qrupu siniflərində də bu təbliğat uğurla davam etdirilmiş və yüksək nəticələr əldə edilmişdir. Belə ki, Respublika Fənn Müsabiqəsində VI sinif şagirdimiz Riyaziyyat fənni üzrə qızıl medal qazanmışdır.”Lütfi Zadə”adına Məntiq Olimpiadasında 1 şagirdimiz gümüş, 1 şagirdimiz bürünc medala layiq görülmüşdür.

             Müasir dövrdə şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri və öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmə bacarıqlarının inkişafı  mühüm rol oynayır. Bu məqsədlə liseyimiz ötən tədris ilində “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində” “Pilotsuz uçan aparatlar mərkəzi” adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur. Layihə liseydə böyük marağa səbəb olmuş və şagirdlərimiz burada qazandıqları bilik-bacarlıqlarla müxtəlif yarışlarda iştirak etmişlər. Buna misal olaraq STEAM Azərbaycan Festivalında (SAF 2021) mikrobit kateqoriyası üzrə şagirdlərimizin I yerin sahibi olmaqlarını göstərmək olar. Həmçinin şagirdlərimizdən ibarət komandamız FİRST

LEGO beynəlxalq layihəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti və Edumedia- Azərbaycan tərəfindən təşkil edilən “City Shaper” turnirinin “Ən effektiv robot” nominasiyasının qalibi və Respublika Çempionu olmuşdur. Şagirdlərimiz Ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində ardıcıl olaraq I və III yerləri qazanmışlar.

          Yerli müsabiqələrlə yanaşı beynəlxalq olimpiadalarda şagirdlərimizin iştirakını təmin etmiş və uğur qazanmaları üçün lazımi mühit yaratmışıq. SASMO  Olimpiada və müsabiqələrlə yanaşı şagirdlərimiz müxtəlif intellektual yarışlarda da iştirak edərək müvəffəqiyyət əldə etmişlər. Şagirdlərimiz dəfələrlə “Xəmsə” intellektual oyununda I yer, “Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası”Fibonacci” yarışında müxtəlif kateqoriyalar üzrə I və II yer, “Nə?,Harada?,Nə zaman?” oyununda müxtəlif yaş qrupları üzrə I və III yer qazanmışlar.

             Onu da qeyd etmək istəyirəm ki, ötən tədris ilində liseyimiz “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi”ndə məktəb kateqoriyası ilə yanaşı - həm də fərdi kateqoriya üzrə- “Biz səninləyik” təhsilalanlara psixoloji xidmətin göstərilməsi layihəsi ilə də qalib olmuşdur. Bu da onu göstərir ki, liseyimizdə nəinki şagirdlərin akademik göstəriciləri, həmçinin onların psixoloji vəziyyəti də daim diqqətdə saxlanılan məsələlərdəndir.

           Zəkalar liseyi  yarandığı gündən bəri  Azərbaycan təhsilinin inkişafına xidmət edir və bundan sonrakı fəaliyyətində də təhsilimizin və gələcəyimizin uğuru naminə peşəkar heyətlə çalışacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi