Nailiyyətlərimiz

2019-cu ilin qəbul nəticələri2018-19-cu tədris ili bir çox cəhətləri ilə liseyimiz üçün uğurlu oldu. Məzunlarımız da qəbul nəticələri ilə kollektivimizi sevindirdi. Qeyd edək ki, bu il liseyimizi tam orta təhsil pilləsi üzrə 4 buraxılış sinfində təhsil alan 92 məzun bitirdi. Onların hər biri tələbə adı qazandı. Hətta 17 nəfəri dünyanın ən prestijli universitetlərinin tələbəsi olmağa layiq görüldü. Şagirdlərimiz vətənimizi Çində, Kanadada, Türkiyədə, Çexiyada təmsil edəcəklər.

2018-ci ilin qəbul nəticələri2017-18-ci dərs ili “Zəkalar” liseyi üçün uğurlu il hesab oluna bilər. Belə ki, liseyi bitirən 65 məzunun 60 nəfəri ölkə daxilində, 3 nəfəri ölkədən kənarda yerləşən universitetlərin tələbəsi adını qazanıb. Onlardan 15 nəfəri 500-dən yuxarı, 16 nəfəri isə 600-dən yuxarı bal toplayıb. İki nəfər məzunumuz – Ağalı Günel və Paşayeva Aytəkin Qızıl medala layiq görülüb.

2017-ci ilin qəbul nəticələriÖtən dərs ilini uğurlarla başa vuran lisey məzunlarımızın ardınca bu ilki məzunlarımız da kollektivimizə və valideynlərinə sevinc yaşatdılar. 2017-ci il məzunlarından 13 nəfər 600-dən yüksək bal topladı. İki nəfər qızıl medala layiq görüldü: Yusifov Nemət 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olundu, Səfərov Rauf 695 bal toplayaraq həm ADA, həm də ODTÜ-nin tələbəsi adını qazandı.

HAQQIMIZDA

       Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 287 nömrəli Zəkalar liseyi 1992-ci ildən fəaliyyət göstərir. Liseyin əsas məqsədi dövlət, təhsil siyasətinin prioritet istiqamət...

BİZİM FƏXRLƏRİMİZ

Gövhər Əlizadə

Gülnar Səmədova Fazil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi