Kiçik Akademiya

LİSEYDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT287 nömrəli Zəkalar liseyində Kiçik Akademiya fəaliyyət göstərir. İlk gündən əsas məqsədimiz VIII-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Liseydə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində IX sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub.

Ətraflı
HAQQIMIZDA

       Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 287 nömrəli Zəkalar liseyi 1992-ci ildən fəaliyyət göstərir. Liseyin əsas məqsədi dövlət, təhsil siyasətinin prioritet istiqamət...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Fətəlova

Günel Məmmədova Murad

HAQQIMIZDA

       Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən 287 nömrəli Zəkalar liseyi 1992-ci ildən fəaliyyət göstərir. Liseyin əsas məqsədi dövlət, təhsil siyasətinin prioritet istiqamət...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Fətəlova

Günel Məmmədova Murad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi