FƏXRİMİZ

Rafil Cəlal oğlu İmanov

1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956-1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub.1966-1970-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakultəsində təhsil alıb və həmin institutu bitirib.1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib.

1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib.1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb.1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.Həyatının sonuna kimi yaratdığı 287 saylı “Zəkalar” liseyində müəllim vəzifəsində fəaliyyət göstərmişdir.

1982-ci ildən test metodikasını tətbiq etməyə başlamışdır. Hər il şagirdləri riyaziyyat olimpiadasının rayon, şəhər və Respublika turlarında, Respublika səviyyəli yarışlarda, intellektual televiziya yarışlarında uğurla çıxış ediblər. Məzunlarından hər il 90-100%-i ali məktəblərə daxil olub. Metodist və ali kateqoriyalı müəllim 1992-2001-ci ildə TQDK-da ekspert kimi çalışmışdır. 20-dən artıq elmi-metodik məqalənin müəllifidir. “İlin müəllimi” və “Pedaqoji mühazirə”nin qalibi olmuşdur. 2013-cü ildə "Əməkdar müəllim" adına layiq görülüb.

Rafil müəllim riyaziyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Dəfələrlə “Çevrə” dərgisində və “Azərbaycan müəllimi” qəzetində məqalələri çap olunub. 2008-ci ildə şagirdləri ilə birlikdə əyləncəli “287-Zəkalar” adlı kitabı çap etdirib. 2010-cu ildə “Həndəsənin inciləri” və “Sahələr metodu” kitabçalarını hazırlamışdır.

Rafil müəllim “Zəkalar” liseyini yaratmaqla Vətəni və xalqı qarşısındakı ən böyük xidmətini edib.

Rafil müəllimin pedaqoji fəaliyyətinin əsasını yarışçılıq, pedaqoji əməkdaşlıq, şagirdlərin özünü təsdiq etməsi, özünə inam yaratması ideyası təşkil edib. O, hər il “ZƏKA” yarışını keçirərək Azərbaycanın hər bölgəsindən istedadlı uşaqları tapıb üzə çıxardıb. Onlara riyaziyyatı öyrətməklə yanaşı, düşünməyi, analiz etməyi, həyatda uğur qazanmağın, qalib olmağın yollarını öyrədib. Onun dərs dediyi şagirdlərin səsi təkcə Respublikanın Ali məktəblərindən deyil, onların sorağı Amerikadan, Almaniyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Türkiyədən və dünyanın neçə-neçə tanınmış elm ocaqlarından gəlir.

2014-cü il senytabrın 1-də Rafil müəllim ağır xəstəliklə uzun mübarizədən sonra dünyasını dəyişdi...

Sevgisi qəlblərimizdən, xatirəsi ağlımızdan silinməyən Rafil müəllimin əmənətinə - liseyimizə daim layiq olmağa çalışırıq. Liseyimizin məzunları onun qoyduğu ənənəyə sadiq qalaraq hər il 28 May Respublika günündə "Zəka" bilik yarışmasını təşkil edir və maaliyələşdirilər. Rafil İmanovun dərs dediyi şagirdlərin bir neçəsi başda liseyimizin direktoru Aygün Əhmədli olmaqla, hal hazırda liseyimizdə çalışır. Dəyərli pedoqoqun ölümündən sonra  həyat və fəaliyyətini əks etdirən “Sayların işığı” kitabı çap edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi