Zəkalar liseyinin komandası yenə də qaliblər sırasındadır

24 aprel 2025-ci il tarixində Xətai rayonu məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışında liseyimizin komandası diqqətəlayiq oyun nümayiş etdirdi.
Məktəbimizin istedadlı şahmatçıları gərgin və maraqlı mübarizədən sonra yarışda 3-cü yerin sahibi oldular. Bu uğur gənc zəkalıların əzmkarlığının, intellektinin və komanda ruhunun parlaq göstəricisidir.
Şagirdlərimizi və onları bu yolda dəstəkləyən müəllimlərimizi ürəkdən təbrik edirik!