Şagirdlərimiz beynəlxalq festivalda ölkəmizi təmsil etdilər

        Ankarada keçirilən, TRT tərəfindən 1979-cu ildən bəri təşkil olunan 23 Nisan Uluslararası Uşaq Festivalında dünyanın 30-dan artıq ölkəsindən uşaqlar iştirak edib. Festival çərçivəsində uşaqlar müxtəlif rəqs nümunələri ilə çıxış ediblər. Tədbirdə liseyimizi 7-ci “C” sinif şagirdi Musazadə Aynişan təmsil edib. İştirakçılar TRT1-in rəhbəri tərəfindən qəbul olunub, həmçinin cənab prezident Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşüblər; görüş çox səmimi atmosferdə keçib. Bundan əlavə, uşaqlar TRT-nin baş direktoru professor Dr. Mehmet Zahid Sobacı ilə də görüşüb, Atatürkün məqbərəsini ziyarət ediblər və şəhər ekskursiyasında iştirak ediblər.

         Bayram münasibətilə keçirilən tədbirlərə liseyimizin 2B sinif şagirdləri Dilək və Duyğu Əhmədova bacıları da qatılıb. Bu istedadlı şagirdlər Azərbaycan xalq rəqslərini, milli mədəniyyətimizi və zəngin irsimizi qardaş Türkiyə auditoriyasına təqdim edərək uğurla çıxış etmiş, qardaş ölkənin müxtəlif şəhərıərində -Ankara, Antalya, Kemerdə tədbirlərdə   iştirak edərək ölkəmizi bu cür beynəlxalq platformalarda xüsusi maraq və alqışlarla təmsil etmiş, diplomlarla Vətənə dönmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi