Novruz bayramı mövzusunda texnologiya dərsi

Liseyin 5a sinifində "Dəyərlərimizi qoruyaq" adlı texnologiya dərsi keçirildi. Liseyin texnologiya müəllimi Səmayə Məmmədovanın rəhbərliyi ilə şagirdlər qruplar şəklində bölünərək, milli mətbəxin un məmulatlarının ən sevilən təamlarından olan qutab və şəkərbura hazırladılar. Dərsdə liseyin rəhbərliyi və müəllim heyəti iştirak edirdi. Liseyin direktoru Aygün Əhmədli şagirdlərə məmulatların hazırlanması ilə bağlı dəyərli məsləhətlər verdi.