Novruz bayramı mövzusunda ədəbiyyat dərsi

Liseyin 5c sinifində Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii açıq dərs keçildi. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Bilalovanın keçirdiyi dərsdə liseyin rəhbərliyi və fənn müəllimləri iştirak edirdi. Dərsdə xalqımızın əziz bayramı ilə bağlı məlumatlar verildi, videoçarxlar izləndi. Şagirdlər ölkəmizin ayrı-ayrı bölgələrinin Novruz ənənələri haqqında danışdılar. Açıq dərs bayram əhval-ruhiyyəli mahnı ilə sonlandı.