Novruz bayramı mövzusunda ingilis dili dərsi keçildi

Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii ingilis dili fənni üzrə açıq dərsi keçildi. Liseyin ingilis dili müəllimi Fatimə Süleymanovanın 5b sinifində keçirdiyi dərsdə liseyin rəhbərliyi iştirak edirdi. Dərsdə şagirdlər Novruz adət-ənənələri haqqında ingilis dilində məlumat verdilər. Dərsdə qeyd edildi ki, 2010-cu ildən etibarən Novruz Bayramı beynəlxalq bayram elan olunmuşdur. Dərsin gedişatında Novruz bayramı ilə Milad bayramlarının atributları müqayisə olundu. Şagirdlərin orijinal və maraqlı fikirlər bildirdilər.