Novruz bayramı

Novruz bahar bayramıdır. Yeni gün deməkdir. Bu bayramda təbiət təzələnir, canlanır. Novruz Azərbaycan xalqının qədimdən bu günümüzə yaddaşlardan süzülüb gələn əziz bayramıdır. El adət-ənənələrimizi, milli -mənəvi dəyərlərimizi qoruyub saxlamaq üçün, gələcək nəsillərə ötürmək, yaşatmaq hər birimizin borcudur. Zəkalar liseyinin 5b sinif şagirdləri, sinif rəhbəri Xəyalə Tağıyeva, kitabxanaçı Nərgiz İdayətova xalq tamaşası "Kosa-kosa, sanamalar, bayatılar, el deyimləri ilə zəngin bir tədbir keçirərək milli adətlərimizi bir daha yaddaşlarda təzələdilər.