Qohum nikahı: sağlam gələcəyin qarşısında sədd

Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə məktəb psixoloqu Aytən Eyvazova, məktəbin həkimi Yeganə Əliyeva və təşkilatçı müəllimə Rəna Quliyevanın təşəbbüsü ilə IX sinif şagirdləri üçün “Qohum nikahı” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda şagirdlərə qohum nikahının nə olduğu, onun tibbi və sosial fəsadları, Azərbaycandakı vəziyyəti və bu problemin qarşısının alınması yolları haqqında geniş məlumat verildi. Tədbirdə qohum nikahlarının sağlamlığa mənfi təsiri ilə bağlı videoçarx nümayiş etdirildi, interaktiv müzakirələr aparıldı.
Maarifləndirmə – sağlam gələcəyin əsasını qoyur! Bu cür tədbirlər şagirdlərdə düzgün ailə modeli haqqında düşüncənin formalaşmasına və erkən yaşlardan şüurlu qərarlar verməsinə dəstək olur.