“Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”

5 may 2025-ci il tarixində tarix müəllimi Nüşabə Abbasovanın təşkilatçılığı ilə 8B sinfində “Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı tədbir keçirildi. Şagirdlərimiz ümummilli liderimizin konstitusiya quruculuğundakı rolunu və müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasındakı misilsiz xidmətlərini ətraflı təqdim etdilər. Tədbirin sonunda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunmuş film çarx nümayiş etdirilərək böyük maraq oyatdı. Tədbir iştirakçıları arasında yaradılan isti atmosfer və gənc tarixçilərimizin hazırlıqları bizi çox təsirləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi