6-cı Siniflər Arasında Futbol Turniri – Qələbəyə Doğru Addım!

"Sağlam nəsil, parlak gələcək" layihəsi çərçivəsində 285 nömrəli tam orta məktəbdə idman ruhu, əzm və komanda işi ilə dolu bir gün yaşandı! Məktəbimizin fiziki tərbiyə müəllimi Tanrıverdiyeva Təranənin təşəbbüsü ilə 6-cı sinif şagirdləri arasında maraqlı futbol yarışı keçirildi. Bu turnirin əsas məqsədi şagirdlərdə idmana maraq yaratmaq, komanda işini təşviq etmək, sağlam həyat tərzini dəstəkləmək idi. Turnirdə 6A, 6B, 6C və 6Ç siniflərinin komandaları iştirak etdilər və meydanda əsl mübarizə göstərdilər! Yarışın nəticəsi olaraq I yerə 6C sinfi,  II yerə 6A sinfi, III yerə 6Ç sinfi, IV yerə 6B sinfi layiq görüldü. Qaliblər məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı. Təşkilatçı Quliyeva Rəna fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim edərək onların idman ruhunu yüksək qiymətləndirdi.

Bu cür tədbirlər məktəblilərimizin yalnız fiziki deyil, sosial bacarıqlarının da inkişafına böyük töhfə verir. Təbriklər, balaca çempionlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi