Bir ömrün işığı

08 may 2025-ci il tarixində məktəbimizdə böyük ehtiram və qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Bir ömrün işığı” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik sahəsindəki misilsiz xidmətləri, elmin və təhsilin inkişafına verdiyi töhfələr barədə şagirdlərə ətraflı məlumat verilib. Videoçarxlar nümayiş olunub, şagirdlərin ifasında səslənən şeirlər və mahnılar tədbirə xüsusi rəng qatıb. Bu tədbir məktəb kollektivimizin Ulu Öndərə olan ehtiram və minnətdarlığının bariz nümunəsi olub.