HAQQIMIZDA

Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəb 1990 - cı ildə inşa edilib. Layihə tutumu (şagird sayı) 1296 -dır. 2023-2024-cü tədris ilində məktəbdə 85  nəfər pedaqoji heyət və 21 nəfər texniki heyət üzvü çalışır. Məktəbdəki  1098 şagirddən 368 nəfəri I-IV (ibtidai sinifdə), 519 nəfəri V-IX sinifdə, 125 nəfər isə X-XI sinifdə təhsil alır. X-XI siniflər üzrə  2 nəfər şagird  sağlamlığı məhdud olduğu üçün evdə təhsilini davam etdirir. Məktəbin şagirdləri dəfələrlə məktəblilərin fənn olimpiadalarında “Cəsurlar” və “Şahin” hərbi – idman oyunlarında mini futbol yarışlarında, beynəlxalq olimpiadalarda, inşa müsabiqələrində I və II yerlərə laiq görülüblər. Əvvəllər rus bölməsi olan bu məktəbdə 2009 - 2010 - cu tədris ilindən rus bölməsi ləğv edilib. Məktəbdə fizika, biologiya və kimya üzrə fənn kabinetləri, informatika fənni üzrə komputer otaqları, 2 ədəd geniş idman zalı, GÇH dərslərinin keçirilməsi üçün hərbi otaq və kitabxana fəaliyyət göstərir. Məktəbimizdə Təhsil Nazirliyi tərəfindən təşkil olunan məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi