FƏXRİMİZ

Pələngov Bünyadəli Qulam oğlu 1957 - ci il aprelin 4-də Lerik rayonunun Züvüç  kəndində  anadan olmuşdur. 1983 – 1984 - cü illərdə hərbi xidmətdə olmuş, Tibilisi Ali Hərbi Məktəbi  bitirmiş, 1986 - cı ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu  ( indiki Slavyan Universitetini ) bitirmişdi. 1991 - ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Onun ilk döyüş yolu Naxçıvan MR - nın Sədərək rayonunun Ermənistanla sərhəd olan bölgələrimizin müdafiəsindən başlamışdır. 1991 - ci il Ağdam rayonunun bəzi bölgələrində bir neçə yaşayış məntəqəsinin azad olunmasında iştirak edib, qəhrəmanlıq göstərmişdir. 1992 - ci ilin yayında “N” saylı hərbi hissə komandirinin təchizat işləri üzrə müavini Baş leytenant - gizir Bünyadəli Pələngov cəsarəti, qorxmazlığı, sədaqəti ilə yoldaşlarına nümunə idi.

Qarabağın Naxçıvanik kəndi uğrunda gedən amansız, qanlı döyüşlərdə rəhbərlik edən Bünyadəli cəsurluğunu bir daha sübut etdi. 26 iyun 1992-ci ildə Ağdamın  Aranzəmin kəndindəki mühasirədə olan əsgərləri xilas etmək üçün Bünyadəli əməliyyat planı hazirlamışdı. Düşmən mühasirə xəttini güclü atəş altında saxlayırdı. Lakin təcrübəli hərbiçi Bünyadəlinin cəsarəti nəticəsində mühasirə yarıldı və əsgərlər azad olundu. Döyüşün son anında amansız düşmənin mərmisi igid və qəhrəman Vətən oğlunun həyatına son qoydu.

1993 - cü ildə Suraxanı rayonu 285 №-li orta məktəbə “Bünyadəli Qulam oğlu” adı  verilmişdir. Məktəbin girəcəyində  xatirə lövhəsi vurulmuşdur.

Ailəli idi 3 övladı var. (Həyat yoldaşı Qətibə xanım, övladları Röya, Anar, Günay). Övladları 285 № li məktəbin məzunları olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi