VIII siniflər üzrə monitorinq keçirildi

01 may 2025-ci il tarixində məktəbimizdə təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Əhmədovanın təşəbbüsü ilə VIII sinif şagirdləri arasında tədris dili və riyaziyyat fənləri üzrə monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin dərs ili ərzində əldə etdikləri bilik və bacarıqların səviyyəsini qiymətləndirmək, həmçinin mövcud çətinlikləri müəyyən edərək tədris prosesinin təkmilləşdirilməsi üçün əsaslar formalaşdırmaq idi. Proses tam obyektiv və planlı şəkildə təşkil olunub. Yaxın günlərdə nəticələrin təhlili aparılacaq, hər sinif üzrə fərdi yanaşmalar hazırlanacaq və növbəti mərhələlərdə dəstəkləyici addımlar atılacaq.