assembly

Məktəbimizdə Məhəmməd Füzulinin 530 illiyi qeyd edildi


25.04.2024

  "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib. 

  Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi 

şairin zəngin ədəbi-bədii irsi ilə bağli gənc nəsli maarifləndirmək, onların yaradıcılıq,

intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə

çıxartmaqdır. 

  Layihə çərçivəsində 25.04.2024- cü il tarixində 285 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib. Tədbirdə məktəbin direktoru Nuranə Yəhyayeva, direktor müavini Könül Ağasıyeva, təşkilatçı Rəna Quliyeva, UBTRəhbəri Ülviyyə Qarayeva, Azərbaycan dili müəllimləri - Yeganə Allahverdiyeva, İradə Məmmədova, Təranə Abdullayeva, Aybəniz Qarayeva, kitabxanaçı Natavan Orucova və 6B, 8Ç, 9C sinif şagirdləri iştirak edib.

  Yeganə müəllim dəyirmi masa ətrafında şairin fəaliyyətinə həsr olunmuş elmi və bədii əsərlərlə, məqalə və kitablarla əyləşənləri tanış edib. Daha sonra dəyirmi masa diskussiya şəkilində davam edib.

Tədbir zamanı Azərbaycan dili və Ədəbiyyatı fənn müəllimi Yeganə Allahverdiyevanın təşkilatçılığı, 6B və 8Ç sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" alleqorik əsəri səhnələşdirildi.

 Şagirdlər "Məni candan usandırdı" və "Söz" qəzəlini söylədi, Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/285/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi