11-ci sinif məzunlarına attestatlar təqdim edildi

285 nömrəli məktəbdə bu gün məktəbin sonuncu zəngi çalınan 11-ci sinif şagirdlərinə tam orta təhsili başa vurduqlarını göstərən attestatlar təqdim olundu. Hər bir attestat, illər boyu çəkilən zəhmətin, qazanılan biliklərin və öyrənməyə göstərilən səylərin bir simvoludur. Bu mərhələ ilə məktəb həyatı başa çatır, qarşıda isə məzunlarımızı daha böyük hədəflər və yeni imkanlar gözləyir. İnanırıq ki, onlar bu yolda da əzmlə irəliləyəcək, özlərini təsdiqləyəcəklər.
Məzunlarımızı ürəkdən təbrik edir, hər birinə uğur dolu bir gələcək arzulayırıq!