Pedaqoji şuranın son iclası keçirilib.

2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası məktəbimizdə səmimi və işgüzar ab-havada keçirildi. İclasda tədris və tərbiyə sahəsində görülən işlər təhlil olundu, müəllimlərin hesabatları dinlənildi və qarşıdakı dövr üçün hədəflər müəyyənləşdirildi.

İclas zamanı aşağıdakı məsələlər geniş müzakirə olundu:

2024–2025-ci tədris ilinin yekunları, TTİ üzrə direktor müavinləri Lalə Yusif Əhmədova və  Könül Ağasıyevanın hesabatı– Təhsilin nəticələri və il ərzində görülən işlər dəyərləndirildi.

Şagirdlərin sinifdən-sinfə keçirilməsi, şagird nailiyyətləri əsasında keçirilən qərarlar iclasa təqdim olundu.

Attestatların verilməsi – Tam və ümumi orta təhsil səviyyələri üzrə adi və fərqlənmə nümunəli attestatların verilməsi məsələsi müzakirə edildi.

 Fənn metodbirləşmə rəhbərlərinin hesabatı – Tədris ili ərzində aparılmış metodik işlər və nəticələr təqdim olundu.

Təşkilatçı Rena Quliyevanın hesabatı – Məktəbdənkənar və sinifdənxaric fəaliyyətlər təhlil olundu.

Psixoloq Aytən xanımın hesabatı – Şagirdlərin davranışı, psixoloji dəstək və fərdi yanaşmalarla bağlı məlumat verildi.

Kitabxanaçı Natavan xanımın hesabatı – Şagirdlərin oxu maraqları və kitabxana fəaliyyəti üzrə ümumi vəziyyət dəyərləndirildi.

Pedaqoji heyətin irəli sürdüyü təklif və mülahizələr iclasda xüsusi diqqətlə dinlənildi, müəllimlərarası əməkdaşlığın və birgə məsuliyyətin önəmi bir daha vurğulandı. Pedaqoji kollektivin bir sıra üzvləri təltif olundu. İlboyu göstərdikləri əzm, təşəbbüskarlıq və peşəkarlıq yüksək qiymətləndirildi.

Ənənəmizə sadiq qalaraq 65 yaşı tamam olan dəyərli müəllimlərimizlə bir araya gəldik. Onları sevgi və hörmətlə yola saldıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi