“Son zəng 2025 – Unudulmaz xatirələr, yeni başlanğıclar!”

14 iyun tarixində məktəbimizdə ənənəvi “Son zəng” tədbiri keçirildi. Bu əlamətdar gündə məktəb həyatı ilə vidalaşan XI sinif şagirdlərimiz üçün unudulmaz anlar yaşandı. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəbimizin tədbirlərinin daimi və dəyərli iştirakçısı Şaiq Səfərov bəy də iştirak edərək məzunlara öz təbriklərini və xoş arzularını çatdırdı. Məzunlarımızın və 1-ci sinif şagirdlərinin iştirakı ilə rəqs kompozisiyaları, fləşmoblar, musiqi nömrələri, şeirlər və maraqlı çıxışlar təqdim olundu. Ardınca müəllimlərin, valideynlərin və qonaqların səmimi təbrikləri səsləndi. “Son zəng” tədbirinin təşkili ilə bağlı əvvəlcədən məktəblərə göndərilmiş aidiyyəti təlimatlar şagird, müəllim və valideynlərin diqqətinə çatdırılmış, maarifləndirici söhbətlər aparılmışdır. Tədbir müvafiq qaydalara uyğun olaraq, yüksək əhval-ruhiyyədə, təhlükəsizlik və səliqə ilə təşkil edilmişdir. Valideynlərə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqət ayırdıqları üçün təşəkkür edirik. Bu günü xoş ovqatla, yaddaqalan və dəyərli anlarla tamamladığımız üçün bütün iştirakçılara minnətdarlığımızı bildiririk.
Əziz məzunlarımız! Bu gün sizin üçün bir son deyil, parlaq gələcəyə açılan bir başlanğıcdır. Sizə yeni həyat yolunuzda uğurlar, möhkəm iradə və böyük nailiyyətlər arzulayırıq!