Nailiyyətlərimiz

V Beynəlxalq Fənn Müsabiqəsinin qalibiMəktəblilərarası fənn müsabiqələrinin təşkil edilib keçirilməsindəki məqsədlərdən biri də, Beynəlxalq Olimpiadalara hazırlaşacaq şagirdlərin müəyyən edilməsidir. Məktəbimizin 7”F” sinif şagirdi Məryəm Nağıyeva Fənn Müsabiqələrinin final mərhələsində İnformatika fənnindən qalib olaraq III yerə layiq görülmüşdür. Bu səbəbdən də şagirdimiz Beynəlxalq Olimpiadaların yekun mərhələsinin hazırlıq kursunda iştirak etmək hüququ qazanmışdır.

İdmanda novbəti uğurumuzMəktəbin 5”D” sinif şagirdi Ceyhun Nəbiyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər OEV-Gənclər İdman Məktəbinin açıq birinciliyində boks üzrə yarışda ayrı-ayrı çəki dərəcələrində rəqiblərinə qalib gələrək, I və II yerə layiq görülərk Diplom və medallarla təltif olunmuşdur.

Niyyətin hara, mənzilin ora, Murad!İstedad Allah vergisidir. Amma bu istedadı peşəkarlığa çevirmək insan əməyidir. 9”C” sinif şagirdi Nəzərli Murad da öz istedadını peşəkarlığa yönəltmək istəyənlərdəndir. Hər dəfə yarışlardan qələbə ilə qayıdan Muradı artıq dünya arenasında görürük. Bu dəfə də Yeniyetmə və Gənclər arasında keçirilən Dünya çempionatının üçüncüsü olan Murad öz qələbəsi ilə hamını sevindirdi. İndi onun hədəfi Dünya çempionatının birincisi olmaqdır.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

İqbal Şirinov Rəşad

Məhəmməd Məmmədov Vahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi