Nailiyyətlərimiz

Şahmatda daha bir uğurŞahmat həm idmana, həm elmə, həm incəsənətə yaxındır. Şagirdlər arsında bu oyuna maraq çox böyükdür. Məktəbin4”C” sinif şagirdi Babayeva Nərmin Xocalı faciəsinə həsr olunmuş Şahmat turnirində II yerə layiq görülmüşdür. Məktəb kollektivi adından Nərmini təbrik edir, uğurlarının davamını diləyirik.

İdman sağlamlığın rəhnidir.İdmanın insanın inkişafında mühüm rolu var. İdmanla məşğul olan hər bir şəxs özünün fiziki sağlamlığını təmin edir,həm də ki cəmiyyətdə idmanın və bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu subut edir. Belə şagirdlərdən biri də İslamdır. Məktəbin 6”G” sinif şagirdi Həsənli İslam Qarabağ Karate klubunun təşkil etdiyi Klublararası Birincilikdə 40 kq çəki dərəcəsində II yeri qazanmışdır . Onu təbrik edir, daha yüksək nəticələr gözləyirik.

Bizim fəxrimiz OnurQalib olmaq insanın qayəsində olmalıdır. Uğur qazanmaq üçün durmadan çalışan və əzm göstərən hər kəs bir gün o qalibiyyəti dadacaq. Eynilə bizim fəxrimiz Onur kimi.. Məktəbin 6”G” sinif şagirdi Rüstəmov Onur Kikboksinq üzrə “Sharur” İdman Klubunun Açıq Birinciliyində 37 kq çəki dərəcəsində I yeri qazanaraq qalib olmuşdur. Bu qalibiyyət münasibətilə məktəb kollektivi adından təbrik edir, uğurlarının davamını diləyirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Murad Qurbanlı Rəşad

Faiq Hacıbabyev Telman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi