Əzm və inamla əldə edilən uğurMəktəbimizin VIII D sinif şagirdi Əlizadə İbahim “Təhsil” RİM 5 İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin nəzdində təşkil olunan Sərbəst Güləş idman növü üzrə 35 kq çəki dərəcəsində keçirilən açıq birincilikdə I yerə layiq görülüb. Səninlə fəxr edirik.
İnanmaq qazanmağın yarısıdırMəktəbimizin VII B sinif şagirdi Əsgərov Rəhman “Təhsil” RİM 5 İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin nəzdində təşkil olunan Sərbəst Güləş idman növü üzrə 48 kq çəki dərəcəsində keçirilən açıq birincilikdə III yerə layiq görülüb. Növbəti yarışlarda daha böyük uğurlar gözləyirik.
Uğur, məqsədə gedən yolun özüdür.Məktəbin X”B” sinif şagirdi Əhmədov Həsən idman sahəsində qazandığı yüksək nəticələri nəzərə alınaraq “Qarabağ karate klubu”nun komanda kapitanı təyin edildi. Eyni zamanda bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda göstərmiş olduğu əzm, iradə, qazandığı medallar, bayrağımızı ucaldaraq himnimizi səsləndirməsi çox qürurvericidir. Məhz bu səbəbdən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası tərəfindən “Fəxri fərman”la təltif olundu. Uğurlarının davmını diləyirik.