Nailiyyətlərimiz

Sərhədsiz uğur21-22 sentyabr 2019-cu il tarixində Ukraynada keçirilən yunan-roma güləşi üzrə XV Ümumukrayna turnirində məktəbimizin 10”D” sinif şagirdi Alim Balaşlı 55 kq çəki dərəcəsində I yerə layiq görülərək medal və fəxri fərmanla təltif olunmuşdur.

Qızıl medala gedən yolMəktəbimizin şagirdləri müxtəlif idman yarışlarında daim iştirak edir və yüksək nailiyyətlər qazanırlar. Bu günlərdə Azərbaycan Respublikası WKC növləri üzrə Karate DO Federasiyası və ”Əlincə” klubu klublararası turnir təşkil etmişdir. Məktəbimizin 10”A” sinif şagirdi Hikmət Həsənli bu turnirdə iştirak etmiş, 14-15 yaşlı idmançılar arasında II yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur.

Uğurlar sənə gələcək çempion!İstedad Allah vergisidir. Bu vergini təkmilləşdirmək, daha da püxtələşdirmək üçün isə zəhmət tələb olunur. Çünki zəhmət çəkmək, istədiyinə nail olmaq gözəl xüsusiyyətdir. Məktəbdə istedadlı uşaqlar çoxdur. Belə uşaqlardan biri də 6 “E” sinif şagirdi Polad İsmayılovdur. Poladın şahmat sahəsində uğurları artıq ənənə halını alıb və biz də böyük fəxrlə onun bu qələbəsinə çox sevinirik. “28 may Respublika Günü” münasibəti ilə keçirilən “Sülh” Beynəlxalq Şahmat festivalında 101 iştirakçı arasında ilk onluğa düşərək I dərəcəni qazanmışdır. İndi Polad I dərəcəli Beynəlxalq şahmatçıdır. Bu yolda gələcək Dünya çempionuna uğurlar arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Məsmə Qasımova Bayram

Murad Nəzərli Valeh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi