Zəfər sədasıUşaqlarda fiziki qabiliyyətin üzə çıxması böyük amildir. VIII “Ə” sinif şagirdi Nəsirov Yusif şəhidlərin xatirəsinə həsr olunmuş kikboksinq turnirində 15-16 yaş qrupunda I yeri tutmuşdur. Yeniyetmə döyüşçümüzə uğurlar arzulayırıq.
Növbəti uğurIdman insanın sağlamlıq və gümrahlığıdır. Eyni zamanda insanı uğura aparan yoldur. Məktəbimizin şagirdlərindən Almasl Ömər U-17 Yunan –roma güləşi üzrə Bakı şəhər çempionatında 48kq çəki dərəcəsində III yeri qazanaraq fərqlənmişdir. Növbəti yarışlarda daha gözəl nəticələr və uğurlar arzulayırıq.
Yeni uğur, yeni məqsədlərMəktəbimizin 9”Ç” sinif şagirdi Nəsirli Ələmdar BŞTİ təşkil etdiyi “Aşıq Ələsgər və Azərbaycan folkloru” müsabiqəsində fəal iştirak etdiyinə görə Təşəkkürnamə ilə təltif edilib. Şagirdimizi təbrik edir, və ona uğurlar arzu edirik.