Şam kimi əriyən müəllim ömrü

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, nümunəvi əxlaqa malik insanlar yetişir. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir"

Bu gün məktəbimizin musiqi müəllimi Vəfa Məmmədova rəhbərlik etdiyi 5”F” sinfi ilə birlikdə “Müəllim Günü”nə həsr olunmuş tədbir keçirtdi. Tədbirdə şagirdlər müqəddəs peşə sahibi olan müəllimlərimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda Məktəbin direktoru Dadaş Əliyev çıxış edərək müəllimlərimizi təbrik etdi onlara işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi