“İnsan hüquqları və onun toxunulmazlığı” mövzusunda “Təşkilat saatı”

İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Məktəbin ibtidai sinif müəllimi Nuranə Eyvazova rəhbərlik etdiyi 4ğ sinif şagirdləri ilə “İnsan hüquqları və onun toxunulmazlığı” mövzusunda “Təşkilat saatı” keçirtdi. Dərsdə müəllim şagirdlərə öz hüquqların necə müdafiə etmələri haqqında geniş məlumat verdi.