Onlayn valideyn iclası

    10.01.2021-ci il məktəbin 7"C" sinfində onlayn valideyn iclası keçirildi. İclasda sinif rəhbəri Məmmədova İfayət, təşkilati məsələlər üzrə direktor müavini Əliyeva Arzu, fənn müəllimləri Mustafayev Sənan, Adışirinova Leyla, Cəfərova Aybəniz, Əliyeva Firuzə, Həşimova Gülşən, Əliyeva Firuzə, Kazımova Ağgün, Məmmədova Vəfa və valideynlər iştirak etdilər. İclasda ilk növbədə Vətən müharibəsində şəhid olan şəhidlərin xatirəsi yad edildi. Sonra şagirdlərin dərslərdə ştirak etməsi vəziyyətindən danışıldı. Fənn müəllimləri bütün şagirdlərin dərslərə hazırlıq vəziyyəti barədə valideynlərə məlumat verdilər. Direktor müavini Arzu Əliyeva öz çıxışında 7"C" sinif şagirdlərinin virtual dərslərdə iştirakını qənaətbəxş hesab etdiyini, valideynlər övladlarının dərslərdə mütəmadi iştirak etməsinə nəzarəti gücləndirmələrini bildirdi. Valideyn iclası valideynlərin və fənn müəllimlərinin qarşılıqlı fikir mübadiləsi ilə keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi