Bilik Günü

2025–2026-cı tədris ilinin başlanması münasibətilə məktəbimizdə Bilik Günü tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanaraq, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi.

Mərasimdə iştirak edən qazilər şagirdlərlə öz xatirələrini bölüşərək onları elmə, biliyə, vətənpərvərliyə və milli dəyərlərə sadiq olmağa çağırdılar. Qazilərin çıxışları tədbirə xüsusi mənəvi dəyər və ruh yüksəkliyi qatdı.

Məktəbin direktoru və müəllimlər şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək, ölkəmizdə 2025-ci ilin “Suverenlik İli” elan olunmasını vurğuladılar. Çıxışlarda qeyd olundu ki, gənc nəsil müstəqilliyimizi qorumaq, dövlətçiliyə sadiq qalmaq və elmə yiyələnmək kimi mühüm vəzifələri daim diqqətdə saxlamalıdır.

Tədbir çərçivəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalar təqdim olundu. Birinci sinfə qədəm qoyan balaca məktəblilər üçün isə ənənəvi olaraq “ilk zəng” səsləndirildi.

Sonda tədbir yüksək əhvali-ruhiyyə ilə yekunlaşdı. Məktəb kollektivi bütün müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzuladı və Suverenlik İlində təhsil sahəsində daha böyük nailiyyətlərə imza atacağına inamını ifadə etdi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi