HAQQIMIZDA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 sentyabr 2018-ci ildə istifadəyə verilmiş Bakı şəhəri Sabunçu rayon 28 nömrəli tam orta məktəb 960 şagird yerlik olmaqla, 2 növbəli sistemdə və 6 günlük tədris həftəsi əsasında fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 72 sinif komplekti fəaliyyət göstərir və burada 2977 nəfər şagird təhsil alır. Tədris prosesi 100-dən çox müxtəlif ixtisaslı pedaqoji işçi tərəfindən həyata keçirilir.

Son illərdə məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəriciləri yüksələn dinamika nümayiş etdirir. Belə ki:

  • 2021–2022-ci tədris ilində 57 məzundan 45 nəfəri ali məktəblərə qəbul olmuşdur (80.3%). Onlardan 5 nəfəri 500-dən, 1 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bu nəticəyə əsasən məktəb Bakı şəhəri üzrə 14-cü, Sabunçu rayonu üzrə isə 2-ci yerdə qərarlaşmışdır.

  • 2022–2023-cü tədris ilində 80 məzundan 50 nəfəri (84.7%) ali məktəblərə qəbul olmuşdur. Onlardan 1 nəfər 500-dən, 2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Bu dövrdə məktəb Bakı şəhəri üzrə 173-cü, Sabunçu rayonu üzrə isə 15-ci yerdə qərarlaşmışdır.

  • 2023–2024-cü tədris ilində 99 məzundan 71 nəfəri (81.6%) ali məktəblərə qəbul olmuşdur. Bu nəticələrə əsasən məktəb Bakı şəhəri üzrə 30-cu, Sabunçu rayonu üzrə 4-cü yerdə qərar tutmuşdur.

2023–2024-cü tədris ilində məktəbin məzunu Əzimli Ayla Nemət qızı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında blok fənləri üzrə maksimum 400 bal toplayaraq tam orta təhsil səviyyəsini qırmızı attestatla başa vurmuşdur.

Məktəbin direktoru Qənirə Əmircanova pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bir neçə dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Qənirə Əmircanova Abduləli qızı 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, bir sıra dərslik və vəsaitlərin müəllifidir. 2008-ci ildə “100 Ən yaxşı müəllim” müsabiqəsinin Prezident mükafatına layiq görülmüşdür.

Tarix müəllimi Soltanova Gülsən Rza qızı 2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 2016-cı ildə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanları ilə, 2017-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. O, həmçinin dərs vəsaitlərinin müəllifi və 2022–2023-cü tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə müsabiqənin qalibidir.

Məktəb 2022–2023-cü tədris ilindən etibarən VI siniflər üzrə "STEAM" layihəsinə qoşulmuşdur.

Məktəbdə təhsilalanların yüksək akademik göstəricilər əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və yaradıcı düşüncəyə malik şəxsiyyət kimi yetişdirilməsi əsas prioritetlərdəndir. Təhsil müəssisəsi şagirdlərə müasir bilik və bacarıqların aşılanmasına, şəxsiyyətin hərtərəfli inkişafına xidmət edən təlim-tərbiyə mühiti ilə fərqlənir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi