MƏKTƏBİMİZDƏ TƏQDİRƏLAYİQ ADDIM28 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq hər sinifdə şagirdlərə şəhidlərin şəkli həkk olunmuş döş nişanları paylanıldı. Şagirdlər bu təşəbbüsü böyük fərəh hissi ilə qarşıladılar. Bu işi icra etməklə biz şagirdlərin şəhidlərimizin xatirəsini əziz tutmağı, hər dəfə bu döş nişanına baxaraq onları ehtiramla yad etməsini qarşımıza məqsəd qoymuşuq
"ŞAGİRDLƏRİN EKOLOJİ SAHƏDƏ MAARİFLƏNMƏSİ"Ə MAARİFLƏNMƏSİ" 11.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin fizika müəllimi Ç.Məmmədlinin təşkilatçılığı 6D və 6E sinif şagirdlərinin iştirakı ilə "Uşaqların ekoloji sahədə maariflənməsi" mövzusunda online tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini X.Oruclu və UBT rəhbəri N.Abbasxanova da iştirak etdi. Ç.Məmmədli çıxış edərək tədbirdə baş verən ekoloji problemlərdən, onların yaratdığı təhlükənin aradan qaldırılması mövzusunda müxtəlif məlumatlar verib, hazırladıqları slaydları tədbir iştirakçılarına təqdim etdilər. X.Oruclu və N.Abbasxanova çıxış edərək bildirdilər ki, ekologiyanı, təbiəti qorumaq özünüzü qorumaq deməkdi və "Gəlin, birlikdə ekologiyanı qoruyaq" şüarı ilə tədbir sona çatdı.
ŞAGİRDİMİZİN UĞURUBakı şəhəri 28 nömrəli tam orta məktəbin 6D sinif şagirdi Sultanov Kənan Vidadi oğlu Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasında III yerin qalibi olmuşdur. Şagirdimizə uğurlar arzulayırıq.
II QARABAĞ MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ QƏHRƏMANIMIZLA ONLİNE GÖRÜŞ.21.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi S.Əkbərovanın təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçısı Qarayev Namiq Natiq oğlu ilə Şuşadan online görüş keçirildi.Görüşdə məktəbin direktoru Q.Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini G.Soltanova, X.Aslanova, UBT rəhbəri N.Abbasxanova, ibtidai sinif müəllimi İ.Musayeva və 3-cü sinif şagirdləri iştirak etdi. Görüşün təşkil olunmasında məqsəd Vətən müharibəsi iştirakçılarını yaxından tanımaq, şagirdlərə vətənpərvərlik hissini aşılamaq,Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı unutmamaqdı. Görüşdə iştirak edən şagirdlər II Vətən müharibəsi qəhrəmanımıza özürək sözlərini deyib,minnətdarlıqlarını bildirdilər.
ANA DİLİM-DOĞMA DİLİM21.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri G.Səmədova, R.Vəliyevanın təşkilatçılığı ilə "21 Fevral Beynəlxalq Ana dili günü"nə həsr olunmuş "Ana dilim-doğma dilim" adlı online tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Q.Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini X.Aslanova, UBT rəhbəri N.Abbasxanova, müəllim G.Vəliyeva və V-VII şagirdləri iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Ümummilli lider H.Əliyevin dil haqqında fikirləri dinlənildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil barədə sərəncam və fərmanı haqqında məlumat verildi. Şagirdlərin iştirakı ilə hazırlanmış videoçarxlar tədbir iştirakçılarına təqdim olundu. VII sinif şagirdi Saleh İslamın C.Məmmədquluzadənin "Azərbaycan" məqaləsindən canlandırdığı parça maraqla izlənildi. Şagirdlərin ifasında Ana dilinə həsr olunmuş şeirlər dinlənildi.
ŞAGİRDİMİZİN UĞURUURU 23.02.2021-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Xocalı soyqırımını unutma" adlı online inşa yazı və rəsm müsabiqəsində məktəbimizin IX sinif şagirdi A.Nəzrin rəsm, VII sinif şagirdi A.Nuranə inşa yazı nominasiyası üzrə iştirak etdi. Hər 2 şagird müsabiqədə fərqləndiyinə görə diplom qazandılar. Şagirdlərimizə uğurlar arzulayırıq.
ŞAGİRDİMİZİN UĞURUURU 23.02.2021-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Xocalı soyqırımını unutma" adlı online inşa yazı və rəsm müsabiqəsində məktəbimizin IX sinif şagirdi A.Nəzrin rəsm, VII sinif şagirdi A.Nuranə inşa yazı nominasiyası üzrə iştirak etdi. Hər 2 şagird müsabiqədə fərqləndiyinə görə diplom qazandılar. Şagirdlərimizə uğurlar arzulayırıq.
"ERKƏN EVLİLİYƏ VƏ QOHUM NİGAHLARINA YOX DEYƏK"!02.03.2021-ci il tarixində məktəbimizin Biologiya müəllimi Ş.Zeynalovanın sinif təşkilatçılığı, yuxarı sinif şagirdlərinin iştirakı ilə "Erkən evliliyə və qohum nigahlara yox deyək" adlı maarifləndirici online seminar təşkil olundu. Seminarda məktəbin direktoru Q.Əmircanova, UBT rəhbəri N.Abbasxanova, məktəbin müəllimi U.Həmzəyeva iştirak etdi. Ş.Zeynalova çıxış edərək "erkən nigahın" qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi. Daha sonra şagirdlərin mövzuya uyğun hazırladıqları erkən evliliyin uşağa göstərdiyi psixoloji travma, erkən nigahların səbəbləri və fəsadları, "Hemofiliya xəstəliyi", "Talassemiya xəstəliyi və onun Azərbaycanda yayılma səbəbləri haqqında video təqdimatlar nümayiş olundu və bu təqdimatlar əsasında müzakirələr aparıldı. UBT rəhbəri N.Abbasxanova çıxışında Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin uşaq hesab olunduğunu qeyd etdi. Və belə olan halda uşaqların nigaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Daha sonra şagirdləri maraqlandıran, düşündürən suallar cavablandırıldı. Məktəbin direktoru Q.Əmircanova çıxış edərək şagirdlərimizə öz tövsiyyələrini verdi və belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Sonda ölkəmizdə ciddi şəkildə qanunları əsas tutaraq, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problemləri həll etmək, problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltməyin mümkünlüyü qeyd olundu.
Şagirdimizin uğuru12.03.2021-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Vətən müharibəsi və böyük qayıdış" mövzusunda keçirilən online inşa yazı və rəsm müsabiqəsində məktəbimizin VIII sinif şagirdləri-Əhmədova Aişə Iltifat qızı və Əsgərli Gülay Vahid qızı diploma layiq görülmüşdür. Şagirdləimizə uğurlar arzulayırıq.
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN” ADLI ONLAYN TƏDBİR30.03.2021-ci il tarixində ingilis dili müəllimi A.Əhmədovanın təşkilatçılığı, 6B sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan” adlı onlayn tədbir keçirildi. Tədbirdə şagirdlər ingilis dilində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siayasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etməsindən bəhs etdilər. Daha sonra şagirdlərin hazırladığı ümummilli lider H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş olundu.
Şagirdimizin uğuruSabunçu rayonu "Kiçik Akademiya"ları üzrə təşkil olunan "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsində məktəbimizin VI sinif şagirdi Əliyev Nihad Elyas oğlu II yerə layiq görülüb. Şagirdimizi təbrik edir, ona yeni uğurlar arzu edirik.
"THE GREAT AZERBAİJANİ POET: NİZAMİ GANJAVİ" ADLI ONLAYN TƏDBİR27.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin İngilis dili müəllimləri Əhmədova Aynurə, Hüseynli Aytac və Qazi Yeganənin təşkilatçılığı ilə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş "The Great Azerbaijani Poet: Nizami Ganjavi" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Q. Əmircanova, UBT rəhbəri N.Abbasxanova, məktəbin ibtidai sinif müəllimləri, VI və VII sinif şagirdləri iştirak etdi. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı məlumatları tədbir iştirakçılarına təqdim etdilər. Tədbirdə bir sıra slaydlar və video çarxlar nümayiş etdirildi. Sonda məktəb direktoru Q. Əmircanova və UBT rəhbəri N.Abbasxanova tədbirlə bağlı fikirlərini səsləndirdilər. Beynəlxalq dildə keçirilən tədbirlərin əhəmiyyəti vurğulandı.
Əhməd bəy Ağaoğlu-15021.02.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış publisist və tənqidçi, hüquqşünas alim Əhməd bəy Ağaoğlunu anadan olmasının 150 illiyinə həsr edilmiş dəyirmi masa təşkil edildi. Dəyirmi masada Əhməd bəyin ömür yoluna işıq salan "Millət fədaisi" adlı sənədli film şagirdlərə nümayiş etdirildi. Şagirdlər böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyəti haqqda dolğun məlumat toplamışdılar. Məktəbin direktoru Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini şagirdlərlə bölüşdü. Vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti Ə.Ağaoğlunun 150 illik yubleyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.Bu sərəncama əsasən, müxtəlif elm və mədəniyyət ocaqlarında, eləcə də, bizim məktəbdə bununla bağlı tədbirlər, dəyirmi masalar təşkil olunmuşdur. Əhməd bəy Ağaoğlunun geniş mövzu dairesinə malik dərin məzmunlu əsərləri haqqda şagirdlərə məlumat verildi və qeyd edildi ki, bu əsərlər Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
"Nizami Gəncəvi ili" ilə bağlı elmi praktik konfrans18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Keçirilmiş konfransda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Oruclu Xəyalə və 10b sinif şagirdi Kişiyeva Ülkər dinləyici qismində iştirak etmişlər.
MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT19.09.2019 tarixində 28 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 21 yanvar 2008- ci il tarixli,63 nömrəli əmrinə əsasən məktəblərdə fəaliyyət göstərən " Kiçik Akademiya"nın 2019-2020ci tədris ilində görüləcək işlərə start verildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Tədbiri açıq elan edən məktəbin direktoru Qənirə Əmircanova akademiyanın üzvlərinə uğurlar arzulayaraq onlara "Kiçik Akademiya"ların fəaliyyətinə rəhbərlik tərəfindən hər çür qayğı ilə yanaşacağını bildirdi. Sonra isə məktəbin tərbiyə işləri üzrə direktor müavini X.Oruclu "Kiçik Akademiya"ların strukturu və fəaliyyət istiqamətləri,məqsəd və vəzifələri haqqında akademiyanın üzvlərinə məlumat verdi.Kiçik Akademiyanın tərkibində humanitar, təbiət və texniki olimpiada istiqamətləri üzrə bölmələrin fəaliyyət göstərdiyini bildirdi. Açıq səsvermə yolu ilə Kiçik Akademiyanın prezidenti və vitse prezidentləri seçildi. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə məktəbin yaradıcı müəllimləri də akademiyanın işinə cəlb edildi və kafedra rəhbərləri təyin olundu. Yeniliklər barədə məlumat almaq,öz yeni ideyalarını çatdırmaq və elmi fikirlərini bölüşmək üçün "Kiçik Akademiya" da mütamadi olaraq iclaslar keçirilməsi nəzərdə tutuldu.
25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəbimiz 960 nəfərlik şagird heyəti...
25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəbimiz 960 nəfərlik şagird heyəti...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi