Əhməd bəy Ağaoğlu-150

21.02.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış publisist və tənqidçi, hüquqşünas alim Əhməd  bəy Ağaoğlunu anadan olmasının 150 illiyinə həsr edilmiş dəyirmi masa təşkil edildi. Dəyirmi masada Əhməd bəyin ömür yoluna işıq salan "Millət fədaisi" adlı sənədli film şagirdlərə nümayiş etdirildi.   Şagirdlər böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyəti haqqda dolğun məlumat toplamışdılar. Məktəbin direktoru Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini şagirdlərlə bölüşdü. Vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti Ə.Ağaoğlunun 150 illik yubleyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.Bu sərəncama əsasən, müxtəlif elm və mədəniyyət ocaqlarında, eləcə də, bizim məktəbdə bununla bağlı tədbirlər, dəyirmi masalar təşkil olunmuşdur.    Əhməd bəy Ağaoğlunun geniş mövzu dairesinə malik dərin məzmunlu əsərləri haqqda şagirdlərə məlumat verildi və qeyd edildi ki, bu əsərlər Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi