ANA DİLİM-DOĞMA DİLİM

21.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri G.Səmədova, R.Vəliyevanın təşkilatçılığı ilə "21 Fevral Beynəlxalq Ana dili günü"nə həsr olunmuş "Ana dilim-doğma dilim" adlı online tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Q.Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini X.Aslanova, UBT rəhbəri N.Abbasxanova, müəllim G.Vəliyeva və V-VII şagirdləri iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Ümummilli lider H.Əliyevin dil haqqında fikirləri dinlənildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil barədə sərəncam və fərmanı haqqında məlumat verildi. Şagirdlərin iştirakı ilə hazırlanmış videoçarxlar tədbir iştirakçılarına təqdim olundu. VII sinif şagirdi Saleh İslamın C.Məmmədquluzadənin "Azərbaycan" məqaləsindən canlandırdığı parça maraqla izlənildi. Şagirdlərin ifasında Ana dilinə həsr olunmuş şeirlər dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi