II QARABAĞ MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ QƏHRƏMANIMIZLA ONLİNE GÖRÜŞ.

21.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi S.Əkbərovanın təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçısı Qarayev Namiq Natiq oğlu ilə Şuşadan online görüş keçirildi.Görüşdə məktəbin direktoru Q.Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini G.Soltanova, X.Aslanova, UBT rəhbəri N.Abbasxanova, ibtidai sinif müəllimi İ.Musayeva və 3-cü sinif şagirdləri iştirak etdi. Görüşün təşkil olunmasında məqsəd Vətən müharibəsi iştirakçılarını yaxından tanımaq, şagirdlərə vətənpərvərlik hissini aşılamaq,Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı unutmamaqdı. Görüşdə iştirak edən şagirdlər II Vətən müharibəsi qəhrəmanımıza özürək sözlərini deyib,minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi