"THE GREAT AZERBAİJANİ POET: NİZAMİ GANJAVİ" ADLI ONLAYN TƏDBİR

27.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin İngilis dili müəllimləri Əhmədova Aynurə, Hüseynli Aytac və Qazi Yeganənin təşkilatçılığı ilə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş "The Great Azerbaijani Poet: Nizami Ganjavi" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Q. Əmircanova, UBT rəhbəri N.Abbasxanova, məktəbin ibtidai sinif müəllimləri, VI və VII sinif şagirdləri iştirak etdi. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı məlumatları tədbir iştirakçılarına təqdim etdilər. Tədbirdə bir sıra slaydlar və video çarxlar nümayiş etdirildi. Sonda məktəb direktoru Q. Əmircanova və UBT rəhbəri N.Abbasxanova tədbirlə bağlı fikirlərini səsləndirdilər. Beynəlxalq dildə keçirilən tədbirlərin əhəmiyyəti vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi