MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT

19.09.2019 tarixində 28 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 21 yanvar 2008- ci il tarixli,63 nömrəli əmrinə əsasən məktəblərdə fəaliyyət göstərən " Kiçik Akademiya"nın 2019-2020ci tədris ilində görüləcək işlərə start verildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Tədbiri açıq elan edən məktəbin direktoru Qənirə Əmircanova akademiyanın üzvlərinə uğurlar arzulayaraq onlara "Kiçik Akademiya"ların fəaliyyətinə rəhbərlik tərəfindən hər çür qayğı ilə yanaşacağını bildirdi. Sonra isə məktəbin tərbiyə işləri üzrə direktor müavini X.Oruclu "Kiçik Akademiya"ların strukturu və fəaliyyət istiqamətləri,məqsəd və vəzifələri haqqında akademiyanın üzvlərinə məlumat verdi.Kiçik Akademiyanın tərkibində humanitar, təbiət və texniki olimpiada istiqamətləri üzrə bölmələrin fəaliyyət göstərdiyini bildirdi. Açıq səsvermə yolu ilə Kiçik Akademiyanın prezidenti və vitse prezidentləri seçildi. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə məktəbin yaradıcı müəllimləri də akademiyanın işinə cəlb edildi və kafedra rəhbərləri təyin olundu. Yeniliklər barədə məlumat almaq,öz yeni ideyalarını çatdırmaq və elmi fikirlərini bölüşmək üçün "Kiçik Akademiya" da mütamadi olaraq iclaslar keçirilməsi nəzərdə tutuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi