“Lemari” festivalında Azərbaycan uğuru

Belarus Respublikasının Minsk şəhərində keçirilən beynəlxalq LEMARI festivalında ölkəmizi ləyaqətlə təmsil edən gənc ifaçılarımız böyük uğura imza atıblar. Onların istedadlı çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müxtəlif yerlərə layiq görülüb.
“Vokal” nominasiyası üzrə nəticələr:
1-ci yer – “Dostluq” mahnısı
2-ci yer – “Qonaqlıq” mahnısı
2-ci yer – “Vera” mahnısı
Gənc ifaçılarımızın bu uğuru bir daha sübut etdi ki, Azərbaycan gəncliyi istedadı, zəhməti və yaradıcılığı ilə beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etmək gücünə malikdir.
Bu nailiyyətlərdə zəhməti olan rəhbər Gülnarə Qurbanovaya və ifaçılarımıza təşəkkür edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq