Məzunlara attestatlar verildi

iyun ayının 19-da 2024–2025-ci tədris ilinin 11-ci sinif məzunlarına tam orta təhsil haqqında dövlət nümunəli attestatların təqdim olunması münasibətilə məktəbdə rəsmi tədbir təşkil olundu. Tədbirdə məktəbin direktoru və rəhbər heyəti, müəllimlər kollektivi və şagirdlər iştirak etdilər.
Məktəbimizin direktoru çıxış edərək məzunları təbrik etdi, onların təhsildə əldə etdikləri nailiyyətlərdən bəhs etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ardınca attestatlar məktəb rəhbərliyi tərəfindən hər bir şagirdə fərdi şəkildə təqdim olundu.
28 nömrəli tam orta məktəbin pedaqoji kollektivi bütün məzunları bir daha səmimi-qəlbdən təbrik edir, onlara ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlar, gələcək həyat yollarında möhkəm iradə və yeni nailiyyətlər arzulayır!