"Sözün qüdrətini yaşadan şair" – Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş dəyirmi masa

10 iyun 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin 8 "E" sinfinin təşəbbüsü ilə görkəmli Azərbaycan şairi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sözün qüdrətini yaşadan şair"adlı dəyirmi masa keçirilmişdir.

Tədbir zamanı şagirdlər şairin mənalı ömür yoluna nəzər salmış, onun yaradıcılığının əsas istiqamətləri haqqında məlumat vermiş, dillər əzbəri olmuş şeirlərini böyük məhəbbətlə əzbər söyləmiş və sözlərinə bəstələnmiş musiqi nümunələrini dinləmişlər.

Dəyirmi masanın əsas məqsədi dahi söz ustadının zəngin ədəbi irsini şagirdlərə daha dərindən tanıtmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və mütaliəyə maraqlarını artırmaq olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi