Müəllimimizin uğuru

Məktəbimizin icma əsaslı məktəbəqədər qrupunun tərbiyəçi-müəllimi  Rəsulova Günel Vaqif qızı, "İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi" çərçivəsində 2024–2025-ci tədris ili ərzində keçirilən “Birlikdə Öyrənirik”  festivalı və layihənin digər fəaliyyətlərində fəal iştirakına görə layihə rəhbərliyi tərəfindən təşəkkür sertifikatı ilə təltif olunmuşdur.

Günel müəllimənin uşaqlara göstərdiyi diqqət və qayğı, eləcə də işinə məsuliyyətli və yaradıcı yanaşması məktəb kollektivimiz tərəfindən yüksək qiymətləndirilir.

Məktəb rəhbərliyi və bütün kollektiv adından Rəsulova Günel müəlliməyə təşəkkür edir, ona gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi