2024–2025-ci Tədris İlində Fərqlənmə Attestatına Layiq Görülən Şagirdlərimiz

2024–2025-ci tədris ili ərzində nümunəvi davranışı, dərsə davamiyyəti və yüksək təhsil göstəriciləri ilə seçilən şagirdlərimizə məktəb rəhbərliyi tərəfindən fərqlənmə attestatları təqdim olunmuşdur.
Bu attestatlar, şagirdlərimizin bir il boyunca göstərdikləri zəhmətin, əzmkarlığın və məsuliyyətli yanaşmanın əyani nəticəsidir. Fərqlənmə attestatı, yalnız yüksək qiymətlərlə kifayətlənməyib, eyni zamanda şagirdin ümumi bilik səviyyəsini, məktəb həyatında fəallığını və tərbiyəvi keyfiyyətlərini də özündə əks etdirir.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərə fərdi şəkildə təqdim olunan bu sənəd, onların təhsil yolunda atdığı mühüm və dəyərli addımlardan biridir. Hər bir fərqlənən şagird, məktəbimizin fəxri hesab olunur və bu uğur onların gələcəkdə daha böyük nailiyyətlərə imza atmalarına güclü zəmin yaradır.
Bu münasibətlə fərqlənmə attestatı alan bütün şagirdlərimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək təhsil həyatlarında davamlı uğurlar arzulayırıq. Eyni zamanda, bu uğurda əməyi keçən bütün müəllim heyətinə və valideynlərə təşəkkürümüzü bildiririk. Bu nailiyyət, birgə əməkdaşlığın və məqsədyönlü fəaliyyətin gözəl nəticəsidir.
Fərqlənmə Attestatı Alan Şagirdlərimiz:
-
Məmmedzadə Nərminə Zamin
-
Saleh İslam Rauf
-
Bayramlı Fidan Mərdan
-
Əhmədov Məhəmməd Kamran
-
İbrahimli Aysu Rövşən
-
Kərimli Nərmin İlqar
-
Mirzəzadə Əli Rəşad
Bir daha bu qürurverici nailiyyət münasibətilə bütün fərqlənən şagirdlərimizi və onların uğuruna dəstək olan hər kəsi ürəkdən təbrik edirik.