28 nömrəli tam orta məktəbin məzunlarının qəbul imtahanındakı uğurları

2024–2025-ci tədris ili üçün keçirilən ali məktəblərə qəbul imtahanlarında məktəbimizin məzunları yüksək nəticələr əldə etmişlər. Bu il məktəbimizi bitirən 114 nəfər məzundan 76 nəfəri respublikanın nüfuzlu ali məktəblərinə qəbul olmuşdur.
Qəbul nəticələrinə əsasən:
11 nəfər məzun 500–600 bal aralığında nəticə göstərmişdir;
3 nəfər məzun isə 600 baldan yuxarı nəticə əldə etmişdir.
600+ bal toplayan şagirdlərimiz:
Bayramlı Fidan Mərdan qızı – 620 bal (Milli Aviasiya Akademiyası, Hüquq fakültəsi)
Əhmədov Məhəmməd Kamran oğlu – 619 bal (Bakı Dövlət Universiteti, Riyaziyyat müəllimliyi)
Məmmədli Zəhra Elnur qızı – 610 bal (Bakı Dövlət Universiteti, Dövlət və ictimai münasibətlər, tədris ingilis dilində)
Bu nailiyyətlər məktəbimizin pedaqoji kollektivinin fədakar əməyi və şagirdlərimizin yorulmaz zəhmətinin nəticəsidir.
28 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlər kollektivi olaraq bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək təhsillərində yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi