2025–2026-cı tədris ili ilə bağlı ümumvalideyn iclası keçirildi

2025–2026-cı tədris ilinin başlanması münasibətilə məktəbimizdə ümumvalideyn iclası təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər.
İclasda yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələr, dərs cədvəlləri, şagirdlərin dərsə davamiyyəti və nizam-intizam məsələləri müzakirə olundu. Valideynlər övladlarının təlim-tərbiyəsi barədə ətraflı məlumat aldılar və onları maraqlandıran suallar cavablandırıldı.
Tədbir çərçivəsində 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzun şagirdlər təltif edildi. Onların valideynlərinə təşəkkürnamələr təqdim olundu və məzunların nailiyyətləri xüsusi vurğulandı.
Məktəb rəhbərliyi valideynlərlə əməkdaşlığın əhəmiyyətini bir daha qeyd edərək, iclasda fəal iştirak edən hər kəsə təşəkkürünü bildirdi.