2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi

Bu gün məktəbimizdə 2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi. İclasda yeni tədris ilinin məqsəd və vəzifələri, təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılması yolları, eləcə də şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə bağlı qarşıda duran məsələlər müzakirə olundu.

Müzakirələr zamanı müəllimlərin pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi, tədris prosesində müasir metodların tətbiqi, həmçinin şagirdlərin intellektual və mənəvi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Sonda pedaqoji şuranın qərarı ilə yeni tədris ilində görüləcək işlərin planı təsdiq edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi