"Mənim oxuduğum kitab" mövzusunda oxu təqdimatı keçirildi

 10 mart 2025-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbində 5A sinif şagirdlərinin iştirakı ilə "Mənim oxuduğum kitab" mövzusunda oxu təqdimatı keçirildi.

Tədbirdə məktəbin direktor müavini Soltanova Gülsən oxumanın 16 əsas faydasıeffektiv oxu üçün vacib 5 üsul haqqında məlumat verdi. Məktəbin psixoloqu Məmmədova Aynur oxunun psixoloji əhəmiyyəti barədə danışaraq onun uşaqların düşüncə və emosional inkişafına təsirini vurğuladı. Kitabxana müdiri Məmmədova İradə məktəbdə olan bədii və publisistik kitabları təqdim edərək şagirdləri zəngin ədəbiyyat nümunələri ilə tanış etdi.

Şagirdlər ay ərzində oxuduqları kitabları təqdimatlar vasitəsilə nümayiş etdirərək, əsərlərin maraqlı hissələrini yoldaşları ilə paylaşdılar. Tədbirdə UBR Cəfərova Qızılgül və fənn müəllimi Səmədova Sadə də müzakirələrdə iştirak edərək, şagirdlərlə fikir mübadiləsi apardılar.

Belə tədbirlər məktəblilərin mütaliə vərdişlərini inkişaf etdirmək və onların oxuya olan marağını artırmaq məqsədi daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi