Şəhid Elvin İsmayılovun Əziz Xatirəsi Anılıb

Məktəbimizin 28 FM dalğasında Vətən müharibəsi şəhidi İsmayılov Elvinin doğum günü münasibətilə onun əziz xatirəsi yad edilib.

Elvin İsmayılov 09 mart 1989-cu ildə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində dünyaya göz açıb. O, 1995-ci ildə Kərəm Əliyev adına 1 saylı Orta Əlinəzərli kənd məktəbində təhsil almağa başlayıb. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən Elvin, dərslərində fərqlənməklə yanaşı, məktəbin ictimai tədbirlərində də fəal iştirak edib.

O, xidmət etdiyi dövrlərdə Milli Qəhrəman Polad Həşimovun təşəkkürnaməsi ilə, eləcə də dəfələrlə komandanlığın fəxri fərmanları ilə təltif olunub.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsi zamanı Elvin İsmayılov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Onun fədakarlığı və Vətənə olan sonsuz sevgisi daim qəlbimizdə yaşayacaq!

Ruhun şad olsun, Şəhidim!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi